...

Levandovski Müllerin daha bir rekordunu yeniləyib

İdman Materials 19 Mart 2022 23:49 (UTC +04:00)
Levandovski Müllerin daha bir rekordunu yeniləyib

Bakı. Trend:

Bu gün futbol üzrə Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində "Bavariya" öz meydanında "Union"u qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahiblərinin 4: hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Kinqsli Koman (16-cı dəqiqə), Nyanzu Kuassi (25) və Robert Levandovski (45, 47) vurublar.

R.Levandovski sözügedən oyunda vurduğu iki qolla cari mövsümdəki qollarının sayının 31-ə çatdırıb.

Beləliklə, polşalı hücumçu 5-ci dəfə Bundesliqanın bir mövsümündə 30 və ya daha çox qol vuraraq, Herd Müllerin rekordunu yeniləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti