...

"Yuventus" yayda Dibala ilə yollarını ayıracaq

İdman Materials 22 Mart 2022 08:59 (UTC +04:00)
"Yuventus" yayda Dibala ilə yollarını ayıracaq

Bakı. Trend:

"Yuventus" argentinalı hücumçusu Paulo Dibalanın müqaviləsini uzatmaq fikrindən daşınıb.

Trend-in məlumatına görə, bu barədə klubun baş direktoru Maurisio Arrivabeneyə istinadən jurnalist Canluici Lonqari xəbər verib.

Onun sözlərinə görə, turinlilərin baş direktoru klubun argentinalı hücumçu ilə yayda yollarını ayıracağını bildirib.

"Biz müqaviləni uzatmayacağıq. Vlakoviçin transferindən sonra layihəyə yenidən baxdıq. İndi Dibala mərkəzi fiqur deyil. Biz ona əhəmiyyətli dərəcədə maaşın azaldılması ilə müqavilə təklif edə bilərdik, lakin bu, ona hörmətsizlik olardı", - deyə M.Arrivabene bildirib.

Qeyd edək ki, argentinalı hücumçu Paulo Dibala 2015-ci ildə "Palermo" klubundan "Yuventus"a keçib. 28 yaşlı futbolçu Turin təmsilçisinin heyətində 283 oyuna çıxıb, 113 qol vurub və 48 qolla nəticələnən ötürmə edib. P.Dibala "Yuventus"la birgə beşqat İtaliya çempionu, dördqat İtaliya Kubokunun qalibi olub.

Paulo Dibalanın "Yuventus" ilə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti