Bakı. Trend:
Bu gün Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində üzgüçülük növü üzrə keçirilən Beynəlxalq turnirdə Azərbaycan milli komandasının bütün idmançıları final mərhələsinə vəsiqə qazanıblar.
Üzgüçülük üzrə yığmanın baş məşqçısı Rəşad Əbdurəhmanovun sözlərinə görə idmançılarımızdan Ramil Vəlizadə 200 metr batterfley üsulunda 2.04. 85 göstərici ilə A, Əbdürəhman Rüstəmov 200 metr batterfley üsulunda 2.09. 59 göstərici ilə B finalına, Rəşad Alquliyev 100 metr arxası üstə üzmə üsulunda 1.02. 96 göstərici ilə B finalına, Məryəm Şeyxəlizadəxangah isə 50 metr batterfley üsulunda 27.87 göstərici ilə A finalına vəsiqə qazanıblar. Beləliklə Azərbaycan üzgüçülük üzrə milli komandasının bütün üzvlər finalda mübarizə aparacaqlar.