Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron PSJ klubunun futbolçusu Kilian Mbappeyə komandada qalmağı tövsiyə edib.
Trend xəbər verir ki, bu barədə K.Mbappe "Canal+" telekanalının efirində deyib.
"Biz E.Makronla dəfələrlə danışmışıq. Bu, yaxşı məsləhət idi. O, mənim qalmamı istədi və bu, danışıqların bir hissəsi idi. E.Makron futbol haqqında danışdığım bir çox insanlardan biridir", - deyə fransalı hücumçu bildirib.