...

Azərbaycan idmançıları İsraildə bədii gimnastika üzrə Avropa çempionatında finala yüksəliblər

İdman Materials 17 İyun 2022 23:34 (UTC +04:00)
Azərbaycan idmançıları İsraildə bədii gimnastika üzrə Avropa çempionatında finala yüksəliblər
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

"Böyüklər" yaş kateqoriyasında çıxış edən Azərbaycan idmançıları Zöhrə Ağamirova və Arzu Cəlilova Təl-Əvivdə (İsrail) bədii gimnastika üzrə Avropa çempionatında finala yüksəliblər.

Trend-in məlumatına görə, gürzlərlər hərəkətlər üzrə təsnifat mərhələsində yeddinci yeri tutan Zöhrə Ağamirova (31.200 xal) finala yüksəlib. Arzu Cəlilova bu növü üzrə finala çıxa bilməyib. O 9-cu yeri tutub (31.050 xal)

Lentlə hərəkətlərə görə A.Cəlilova hakimlərdən 30.400 bal alaraq səkkizinci yeri tutaraq finala yüksəlib. Z.Ağamirovanın lentlə hərəkəti münsiflər tərəfindən 27.700 balla qiymətləndirilib, o, 23-cü yeri tutub.

Bununla yanaşı, Z.Ağamirova və A.Cəlilova fərdi çoxnövçülükdə finala yüksəliblər. Zöhrə Ağamirovanın dörd hərəkətlər üzrə (halqa, top, gürz və lent) nəticəsi 94.400 bal olmaqla. Gimnastımız səkkizinci yeri tutub. Arzu Cəlilova dörd proqram üzrə 92.700 bal toplayaraq 11-ci yeri tutub.

Qeyd edək ki, 24 ən yaxşı gimnast fərdi çoxnövçülükdə, səkkiz ən yaxşı gimnast isə fərdi yarışlarda finala yüksəlib.

atırladaq ki, bundan əvvəl Zöhrə Ağamirova topla hərəkətdə finala yüksəlib, “gənclər” yaş kategoriyasında çıxış edən Kamilla Qafarova isə gürzlərlə proqramda üçüncü yeri tutub.

İyunun 15-19-da Təl-Əvivdə (İsrail) bədii gimnastika üzrə Avropa çempionatı keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti