...

Arturo Vidal "İnter" ilə yollarını ayırıb

İdman Materials 12 İyul 2022 05:39 (UTC +04:00)
Arturo Vidal "İnter" ilə yollarını ayırıb

Bakı. Trend:

"İnter" rəsmi saytında çilili yarımmüdafiəçi Arturo Vidalın komandadan ayrıldığını açıqlayıb.

Trend xəbər verir ki, çilili yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

KİV-in məlumatına görə, 35 yaşlı futbolçu karyerasını “Flamenqo”da davam etdirəcək, müqavilə 2023-cü ilin dekabrına qədər olacaq.

Qeyd edək ki, A.Vidal 2020/21 mövsümündən "İnter"də çıxış edir. O, 70 oyuna çıxıb, 4 qol vurub və komanda ilə İtaliya Çempionatını, Kubokunu və Superkubokunun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti