...

"Bavariya" və "Barselona" Levandovskinin transferi ilə bağlı razılığa gəlib

İdman Materials 16 İyul 2022 20:41 (UTC +04:00)
"Bavariya" və "Barselona" Levandovskinin transferi ilə bağlı razılığa gəlib

Bakı. Trend:

Polşalı hücumçu Robert Levandovski Almaniyanın "Bavariya" futbol klubundan İspaniyanın "Barselona" komandasına keçəcək.

Trend-in məlumatına görə, bu barədə "Bavariya"nın mətbuat xidməti bildirib.

"Bavariya"nın İdarə Heyətinin sədri Oliver Kan müqavilənin hələ imzalanmadığını, lakin klubların 33 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəldiyini bildirib.

R.Levandovski 2014-cü ildən “Bavariya”da çıxış edib, hücumçu komandanın heyətində 374 oyun keçirib, 344 qol vurub və 72 məhsuldar ötürmə verib, futbolçu yeddi dəfə Almaniya çempionatının bombardiri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti