...

Levandovski "Bavariya"dan ayrılmasının əsl səbəbini açıqlayıb

İdman Materials 30 İyul 2022 08:25 (UTC +04:00)
Levandovski "Bavariya"dan ayrılmasının əsl səbəbini açıqlayıb

Bakı. Trend:

"Barselona" klubunun forvardı Robert Levandovski Almaniyanın "Bavariya" klubundan ayrılmasının əsl səbəbini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "ESPN" agentliyi məlumat yayıb.

"Bəziləri mənə həqiqəti demirdi, başqa şeylər deyirdilər. Və çox aydın, dürüst olmaq mənim üçün həmişə vacib olub. Bəzi insanlar üçün isə bu, problem ola bilər", - deyə R.Levandovski bildirib.

Almaniya Bundesliqasının son mövsümündə Levandovski 35 qol vuraraq turnirin bombardiri olub. Çempionlar Liqasında “Bavariya” 1/4 finalda İspaniyanın “Vilyarreal” komandasına məğlub olub (ümumi hesabda 1:2).

Polşalı hücumçunun "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayına kimi hesablanmışdı, İspaniya klubu ilə yeni müqaviləsi isə 2026-cı ildə başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti