...

"Qarabağ"ın "Ferentsvaroş" ilə oyununa biletlərin çoxu satılıb

İdman Materials 3 Avqust 2022 10:11 (UTC +04:00)
"Qarabağ"ın "Ferentsvaroş" ilə oyununa biletlərin çoxu satılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" klubu arasında keçiriləcək ilk oyun üçün biletlərin çoxu satılıb.

Trend-in məlumatına görə, iyulun 31-dən etibarən qiyməti 5,10, 20 və 75 manat olan biletlərin hamısı alınıb.

Yalnız 50 manat dəyərində olan 150-ə yaxın bilet qalıb.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" oyunu bu gün saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti