...

Ronaldo "Mançester Yunayted"də qalacaq

İdman Materials 8 Oktyabr 2022 03:15 (UTC +04:00)
Ronaldo "Mançester Yunayted"də qalacaq

Bakı. Trend:

İngiltərənin "Mançester Yunayted" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ən azı mövsümün sonuna qədər klubda qalacaq.

Trend xəbər verir ki, bu barədə mənbəyə istinadən "ESPN" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, portuqaliyalı ona marağın az olduğu üçün yanvarda "Mançester Yunayted"i tərk etməyəcək.

37 yaşlı hücumçu 2021-ci ildən "Mançester Yunayted"də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilə qədərdir. Cari mövsümdə bütün turnirlərdə doqquz matçda portuqaliyalı bir qol vurub və bir məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti