...

Bədii gimnastika üzrə Beynəlxalq “Ocaq” Kubokunda çıxış etmək şərəfdir – yarış iştirakçısı

İdman Materials 27 Noyabr 2022 20:11 (UTC +04:00)
Bədii gimnastika üzrə Beynəlxalq “Ocaq”  Kubokunda çıxış etmək şərəfdir – yarış iştirakçısı

Trend-i buradan izləyin

Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunda çıxış etmək şərəfdir.

Bu barədə bazar günü Trend-ə yarışın iştirakçısı, 10 yaşlı gimnast İnci Xələfli deyib.

"Yarışda həm fərdi proqramda, həm də qrup hərəkətlərində komandanın heyətində çıxış edirəm. Etiraf edim ki, qrupda daha çox çıxış etməyi xoşlayıram, bizdə komanda birliyi və dəstək hissi güclüdür", - deyə “Grasiya” İdman Klubunun nümayəndəsi qeyd edib.

Gənc idmançı etiraf edib ki, bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvlərinin uğurları onun üçün yaxşı nümunədir:

"Çox məşq edirəm, komandamızın liderlərini özümə tay tutmağa çalışıram. Zöhrə Ağamirovanın çıxışlarına baxmağı xoşlayıram və Bakıda beynəlxalq kuboklar və çempionatlar keçiriləndə ulduzların çıxışlarını öz gözlərimlə görmək üçün Milli Gimnastika Arenasına getməyə çalışıram".

Qeyd edək ki, 25-27 noyabr tarixlərində “Ocaq Sport” klubu bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunu keçirir. Yarışlarda 3 ölkəni təmsil edən 317 gimnast, Azərbaycandan 200-dən çox gimnast iştirak edir.

2007-2016-cı il təvəllüdlü idmançılar həm fərdi proqramda, həm də qrup hərəkətlərində çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti