...

Vətəndə Dünya Kubokunu qazanmaq lazımdır - Kişi idman gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi

İdman Materials 10 Mart 2023 18:51 (UTC +04:00)
Vətəndə Dünya Kubokunu qazanmaq lazımdır - Kişi idman gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Qətərin Doha şəhərindəki Dünya Kubokunda üçüncü yer tutmuş gimnastımız Nikita Simonov ixtisaslaşmada halqalarla məşq üzrə birinci nəticəsi ilə çıxışını tamamladı. İndi isə nəticəmizi yaxşılaşdıraraq finalda birinci olmağa çalışacağıq. Vətəndə Dünya Kubokunu qazanmaq lazımdır.

Bu barədə Trend-ə kişi idman gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi Ruslan İrqaşev deyib.

"Bakı şəhərində keçirilən yarışlar ardıcıl üçüncü Dünya Kubokudur. İvan Tixonov köndələn tirdə məşq kombinasiyasında çətinlik bazasını qaldırıb, gimnastika atında məşqdə də Avropa Çempionatında etməyi planlaşdırdığımızı maksimum dərəcədə etdi", - o deyib.

Yığmanın baş məşqçisinin sözlərinə görə, gimnastlar bir-birini dəstəkləyirlər, çünki ümumi bir işi yerinə yetirdiklərini anlayırlar.

"Onlar meydançaya çıxanda mən bir qədər gərginlik keçirirəm, çıxış edib finala keçəndə isə əlbəttə ki, yüngüllük hiss edirəm və biz yenidən işləməyə başlayırıq - finala hazırlaşırıq. Nikita Simonov da, İvan Tixonov da bir-birinə dəstək göstərməyə çalışırlar, biz bir komandayıq və bir ümumi işi görürük", - İrqaşev deyib.

Ruslan İrqaşevin sözlərinə görə, Dünya Kubokundan sonra gimnastlar Azərbaycan birinciliyində və Bakı Çempionatında çıxış edəcəklər.

"Bu Dünya Kubokundan sonra bizim Azərbaycan birinciliyimiz və Bakı Çempionatımız olacaq və burada Nikita Simonov özünün şah aləti - halqalarla, İvan Tixonov isə müxtəlif məşqlərlə çıxış edəcək, çünki o, Avropa Çempionatında altı alətlə çıxış edəcək. Bundan sonra onlar Avropa Çempionatına hazırlaşacaqlar, Dünya Çempionatına seçimlər məhz oradan keçir", - o yekunda deyib.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçiriləcək. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edəcək ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Bakı şəhərində keçirilən Dünya Kuboku üzrə dördgünlük yarışların ilk iki günü ixtisaslaşma mərhələləri, digər günlərdə isə finallar keçiriləcək və ayrı-ayrı gimnastika aparatlarında məşqlər üzrə qaliblər və mükafat sahibləri müəyyən olunacaq. Dördgünlük yarışların nəticələrinə əsasən ən yüksək bal toplamış gimnastlara həmçinin ənənəvi AGF Trophy Kuboku təqdim ediləcək.

Azərbaycanı yarışlarda Nikita Simonov və İvan Tixonov (kişi idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın idman gimnastikası) təmsil edirlər. Yarışların birinci gününün nəticələrinə əsasən Nikita Simonov finala halqalarla məşqlə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti