...

Bakıya qayıtmaq üçün bir il gözlədim - Albaniyalı gimnastı

İdman Materials 10 Mart 2023 22:01 (UTC +04:00)
Bakıya qayıtmaq üçün bir il gözlədim - Albaniyalı gimnastı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakını çox sevirəm, keçən il ilk dəfə bura gəldim və yenidən qayıtmaq üçün düz bir il gözlədim.

Bu barədə Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunun iştirakçısı, Albaniyanı təmsil edən gimnast Matvey Petrov deyib.

"Bu gün kifayət qədər yaxşı çıxış etdim, gimnastika pambıq atında məşqin finalına çıxdım. Ümid edirəm ki, finalda daha yaxşı çıxış edəcəm. İndi rəqiblərin çox yüksək hazırlığı var, çoxlu yaxşı gimnastlar var, hər kəs yüksək xal ala bilər", - deyə M.Petrov qeyd edib.

Gimnast bildirib ki, Bakıda keçirilən Dünya Kubokundan sonra onun növbəti yarışı Avropa çempionatı, daha sonra isə Qahirədə keçiriləcək Dünya Kubokunun sonuncu mərhələsi olacaq.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edəcək ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Bakı şəhərində keçirilən Dünya Kuboku üzrə dördgünlük yarışların ilk iki günü ixtisaslaşma mərhələləri, digər günlərdə isə finallar keçiriləcək və ayrı-ayrı gimnastika aparatlarında məşqlər üzrə qaliblər və mükafat sahibləri müəyyən olunacaq. Dördgünlük yarışların nəticələrinə əsasən ən yüksək bal toplamış gimnastlara həmçinin ənənəvi AGF Trophy Kuboku təqdim ediləcək.

Azərbaycanı yarışlarda Nikita Simonov və İvan Tixonov (kişi idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın idman gimnastikası) təmsil edirlər. Yarışların birinci gününün nəticələrinə əsasən Nikita Simonov finala halqalarla məşqlə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti