...

Bakıda Dünya Kuboku çox gözəl təşkil olunub - Fransadan olan gimnast

İdman Materials 10 Mart 2023 23:12 (UTC +04:00)
Bakıda Dünya Kuboku çox gözəl təşkil olunub - Fransadan olan gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən dünya çempionatı çox gözəl təşkil olunub, idmançılar üçün hər cür şərait yaradılıb.

Bu barədə Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunun iştirakçısı, Fransa idmançısı Kameron-Li Bernard deyib.

"Təsnifat mərhələsində çıxışımdan razıyam, sabah paralel qollarda final məşqlərini gözləyirəm. Bakıda dünya çempionatı bu mövsümə ilk startımdır. Bir az həyəcanlıyam, yaxşı çıxış etmək üçün əlimdən gələni etməyə çalışıram", - deyə Fransalı gimnast bildirib.

O, 2022-ci ildə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda iştirak etdiyini bildirib:

"Bakıda yarışlar əla keçir, yerində məşq etmək üçün bütün lazımi şərait yaradılıb, mən burada olmaqdan şadam".

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edəcək ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Bakı şəhərində keçirilən Dünya Kuboku üzrə dördgünlük yarışların ilk iki günü ixtisaslaşma mərhələləri, digər günlərdə isə finallar keçiriləcək və ayrı-ayrı gimnastika aparatlarında məşqlər üzrə qaliblər və mükafat sahibləri müəyyən olunacaq. Dördgünlük yarışların nəticələrinə əsasən ən yüksək bal toplamış gimnastlara həmçinin ənənəvi AGF Trophy Kuboku təqdim ediləcək.

Azərbaycanı yarışlarda Nikita Simonov və İvan Tixonov (kişi idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın idman gimnastikası) təmsil edirlər. Yarışların birinci gününün nəticələrinə əsasən Nikita Simonov finala halqalarla məşqlə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti