...

Milli Gimnastika Arenasında mühit çox gözəldir - Yarışların gənc izləyicisi

İdman Materials 11 Mart 2023 12:47 (UTC +04:00)
Milli Gimnastika Arenasında mühit çox gözəldir - Yarışların gənc izləyicisi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında mühit çox gözəldir, burada olduğum və idman gimnastikası üzrə Dünya Kubokunun final yarışlarını izlədiyim üçün xoşbəxtəm.

Bu barədə Trend-ə yarışların gənc izləyicisi Ayan Sultanova deyib.

"İlk dəfədir ki, Milli Gimnastika Arenasına gəlirəm. Yarışları əyani izləmək həyəcanvericidir, daha əvvəl turnirləri yalnız televiziyadan izləmişəm. İdman gimnastikasını sevirəm, onu çox möhtəşəm idman növü hesab edirəm. Bu gün finalda çıxış edəcək azərbaycanlı gimnast Nikita Simonova uğurlar arzulayıram. Hamımız ona azarkeşlik edirik və onun nəticələrinə çox şad olacağıq", - 13 yaşlı izləyici bildirib.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edir ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Final yarışlarında Nikita Simonovla (halqalarla məşq) yanaşı sabah, yəni martın 12-də azərbaycanlı idmançılar İvan Tixonov (köndələn tir üzərində hərəkətlər) və Nazənin Teymurova (sərbəst hərəkətlər) çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti