...

FIG Dünya Kuboku: Azərbaycanlı gimnast halqalarla hərəkət üzrə qızıl medal qazanıb (FOTO)

İdman Materials 11 Mart 2023 14:11 (UTC +04:00)
FIG Dünya Kuboku: Azərbaycanlı gimnast halqalarla hərəkət üzrə qızıl medal qazanıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı gimnast Nikita Simonov Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda halqalarla hərəkət üzrə 14.633 bal nəticə ilə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, gümüş medalı iranlı gimnast Mehdi Əhməd (14.500 bal), bürünc medalı isə Avstriya nümayəndəsi Vintsents Hek (14.433 bal) qazanıb.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edir ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Sabah, yəni martın 12-də azərbaycanlı idmançılar İvan Tixonov (köndələn tir üzərində hərəkətlər) və Nazənin Teymurova (sərbəst hərəkətlər) çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti