...

Kişi idman və akrobatika gi̇mnasti̇kası üzrə Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatının son gününə start verilib

İdman Materials 16 Mart 2023 12:21 (UTC +04:00)
Kişi idman və akrobatika gi̇mnasti̇kası üzrə Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatının son gününə start verilib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Martın 16-da Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatının son gününə start verilib.

Trend-in məlumatına görə, bu gün kişi idman gimnastikasının təmsilçiləri sərbəst hərəkətlər üzrə dayaqla tullanış, paralel tir üzərində, halqalarla, gimnastika atında və köndələn tir üzərində hərəkətlər nümayiş etdirəcəklər.

Akrobatik gimnastika üzrə yarışlarda isə qarışıq hərəkətlər nümayiş olunur.

Qeyd edək ki, yarışlarda “Ocaq Sport” Klubu, “Neftçi” İdman klubu, Bakı Gimnastika Məktəbi, “Qarabağ” İdman Klubu (Bərdə), 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri iştirak edirlər.

Kişi idman gimnastikasının nümayəndələri yarışlarda kiçiklər (2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü), uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011-ci il təvəllüdlü), gənclər (2008-2009-ci il təvəllüdlü və 2006-2007-ci il təvəllüdlü) və böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında yarışlarda çıxış edəcəklər.

Yarışlarda akrobatika gimnastikası üzrə idmançılar balacalar (2008-2017-ci il təvəllüdlü), uşaqlar (2007-2012-c il təvəllüdlü), yeniyetmələr (2005-2012-ci il təvəllüdlü), gənclər (2004-2010-cu il təvəllüdlü) və böyüklər (2008-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.

Yarışlar Milli Gimnastika Arenasında 14-16 mart tarixləri arasında keçirilir.

Dünən Milli Gimnastika Arenasında qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatının yarışları yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti