...

Bakıda gimnastika hamı üçün növü üzrə beynəlxalq turnir təşkil olunacaq

İdman Materials 20 Mart 2023 03:09 (UTC +04:00)
Bakıda gimnastika hamı üçün növü üzrə beynəlxalq turnir təşkil olunacaq

Bakı. Trend:

Bu il Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə daha bir beynəlxalq tədbir keçiriləcək.

Trend Federasiyaya istinadla xəbər verir ki, iyunun 17-də Dənizkənarı Milli Parkda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş gimnastika hamı üçün növü üzrə birinci beynəlxalq “Challenge” turniri təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti