...

“Neftçi” klubu avrokuboklara vəsiqə qazanıb

İdman Materials 9 Aprel 2023 03:16 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turunda “Sumqayıt”a qalib gələn (4:0) “Neftçi” avrokuboklara vəsiqə qazanıb.

Trend-in məlumatına görə, turnir cədvəlində üçüncü pillədə olan “Neftçi sona yeddi tur qalmış dördüncü pillədə qərarlaşan “Qəbələ”ni 21 xal qabaqlayır. Belə ki, bu komandalar arasında oyunlardakı göstəricilərə görə “Neftçi” üstün tərəfdir - 2 qələbə, 1 heçə-heçə.

Hazırda “Neftçi”nin 60, “Qəbələ”nin isə 39 xalı var.

Premyer Liqanın lideri “Qarabağ” və “Sabah” klubları da avrokuboklarda iştirak hüququ əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti