...

Çempionlar Liqası: "İnter" "Benfika" ilə heç-heçə edərək yarımfinala yüksəlib

İdman Materials 20 Aprel 2023 01:07 (UTC +04:00)
Çempionlar Liqası: "İnter" "Benfika" ilə heç-heçə edərək yarımfinala yüksəlib

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin son cavab qarşılaşmaları keçirilib.

Trend xəbər verir ki, İtaliyanın "İnter" klubu öz meydanında Portuqaliyanın "Benfika" klubunu qəbul edib. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları Nikolo Barella (14-cü dəqiqə), Lautaro Martines (66) və Xoakin Korrea (78) vurublar. Qonaqların heyətində isə Fredrik Eursens (38), Antoniu Silva (86) və Peter Musa (90+5) fərqləniblər.

İlk oyunda "İnter" 2:0 hesablı qələbə qazanmışdı.

Beləliklə, "İnter" yarımfinala yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti