...

Gimnastımız Qahirədə keçirilən Dünya Kubokunda qızıl medal qazanıb

İdman Materials 29 Aprel 2023 18:42 (UTC +04:00)
Gimnastımız Qahirədə keçirilən Dünya Kubokunda qızıl medal qazanıb

Bakı. Trend:

Gimnastımız Nikita Simonov Misirin Qahirə şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qızıl medal əldə edib.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Nikita Simonov Dünya Kubokunda halqalar ilə hərəkətlərin icrasında birinci yeri tutub.

Qeyd edək ki, aprelin 27-30-da Qahirədə bədii gimnastika üzrə Dünya Kuboku keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti