...

Son bir il ərzində Azərbaycanla UNESCO arasında əməkdaşlıq son dərəcə aktiv olub - Fərid Qayıbov

İdman Materials 27 İyun 2023 16:13 (UTC +04:00)
Son bir il ərzində Azərbaycanla UNESCO arasında əməkdaşlıq son dərəcə aktiv olub - Fərid Qayıbov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Son bir il ərzində Azərbaycanla UNESCO arasında əməkdaşlıq son dərəcə aktiv olub.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) bağlanış nərasimində deyib.

"Konfrans UNESCO ilə 50-dən çox birgə tədbir üçün başlanğıc nöqtəsidir. Bu, tərəfdaşlarımız, jurnalistlər və maraqlı tərəfləri ruhlandırmaq üçün əla stimuldur. Biz birlikdə irəli gedə və uğur əldə edə bilərik", - deyə F.Qayıbov vurğulayıb.

O son il ərzində Azərbaycanın UNESCO ilə qarşılıqlı fəaliyyətdə yüksək aktivlik nümayiş etdirdiyini və idman sahəsinin gücləndirilməsi üzrə tədbirlərin icrasına keçməyin vaxtı gəldiyini qeyd edib.

Qeyd edək ki, iyunun 26-29-da Bakıda 150-dən çox ölkənin idman nazirləri səviyyəsində təmsil olunduğu bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti