...

Nicat Abasov Bakıda şahmat üzrə Dünya Kubokunun VI turunun ilk partiyasında heç-heçə edib

İdman Materials 15 Avqust 2023 21:56 (UTC +04:00)
Nicat Abasov Bakıda şahmat üzrə Dünya Kubokunun VI turunun ilk partiyasında heç-heçə edib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun altıncı mərhələsinin ilk partiyasında heç-heçə edib (kişilər arasında 1/4 final).

Trend-in məlumatına görə, Azərbaycan şahmatçısı Nicat Abasovun 1/4 finaldakı rəqibi Santoş Qucrati Viditdir (Hindistan). Azərbaycan şahmatçısı altıncı turun ilk klassik partiyasını qara fiqurlarla keçirib

Avqustun 16-da N.Abasov ağ fiqurlarla oynayacağı cavab oyunu keçiriləcək.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti