...

İngiltərə kubokunda 54 ildən sonra ilk

İdman Materials 28 Fevral 2024 09:49 (UTC +04:00)
İngiltərə kubokunda 54 ildən sonra ilk

Bakı. Trend:

“Mançester Siti”nin futbolçusu Erlinq Haland penta-trikə imza atıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, norveçli hücumçu İngiltərə kubokunun 1/8 finalında “Luton”un qapısına 5 qol vurub.

Haland son 1970-ci ildən sonra bunu bacaran ilk futbolçudur. İngiltərə kubokunda sonuncu penta-trik 54 il əvvəl qeydə alınmışdı. Həmin vaxt “Mançester Yunayted”in əfsanəsi Corc Best bir oyunda 5 qola imza atıb.

Qeyd edək ki, “Mançester Siti” “Luton”a 6:2 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti