...

İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Siti" ilə heç-heçə edib

İdman Materials 10 Mart 2024 22:03 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Siti" ilə heç-heçə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə İngiltərə çempionatının 28-ci turu çərçivəsində "Liverpul" komandası doğma meydanda "Mançester Siti" ilə 1:1 hesablı heç-heçə edib.

Trend-in məlumatına görə, görüş "Enfild" stadionunda keçirilib.

"Mançester Siti"nin heyətində Con Stounz fərqlənib (23-cü dəqiqə). "Liverpul"un heyətində Aleksis Makallister qol vurdu (50, penalti). 56-cı dəqiqədə "Mançester Siti"nin əsas qapıçısı Ederson zədə səbəbindən əvəzlənib.

"Liverpul" 64 xalı toplayıb və turnir cədvəlində 2-ci yerdədir. 28-ci turdan sonra çempionatın lideri martın 9-da “Brentford”a qalib gələn (2:1) “Arsenal” olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti