...

Rotasiyalar olacaq - Xabi Alonso

İdman Materials 13 Mart 2024 17:30 (UTC +04:00)

Bakı. Trend:

Təbii ki, “Qarabağ”la matçda da rotasiyalar olacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Bayer”in baş məşqçisi Xabi Alonso deyib.

İspan mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”la matçına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb:

“Mövsümün sonudur. İlin bu mərhələsində rotasiyalar qaçılmazdır. Bu səbəbdən hər bir futbolçu komanda üçün əhəmiyyətlidir”.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” matçı sabah “BayArena”da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti