Bakı. Trend:
Türkiyənin “Eyupspor” klubunun baş məşqçisi Arda Turan "Qarabağ"ın Avropa Liqasında "Bayer"ə qarşı keçirdiyi oyunla bağlı paylaşım edib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ölkəsinin 37 yaşlı əfsanəsi Azərbaycan çempionunun möhtəşəm mübarizə apardığını vurğulayıb.
O şəxsi hesabında bildirib ki, 2:3 hesablı məğlubiyyətə baxmayaraq, “Qarabağ”ı təbrik edib: "Qarabağ". Möhtəşəm mübarizə. Təşəkkürlər, təbriklər".
Qeyd edək ki, Ağdam təmsilçisi Bakıda 2:2 oynadığından avrokubokla vidalaşıb.