...

Abasov Firuzyaya qarşı

İdman Materials 17 Aprel 2024 12:03 (UTC +04:00)
Abasov Firuzyaya qarşı

Bakı. Trend:

Bu gün şahmat üzrə İddiaçılar Turnirində XI turun oyunları keçiriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan şahmatçılar bir günlük istirahətdən sonra lövhə arxasına keçəcəklər.

Azərbaycan şahmatçısı Nicat Abasov növbəti görüşünü keçirəcək. O, Alireza Firuzya ilə qarşılaşacaq. 29 yaşlı təmsilçimiz qara fiqurlarla oynayacaq.

İddiaçılar Turniri
XI tur, 17 aprel

Rameşbabu Praqnanandja - Hikaru Nakamura
Vidit Santoş Qujrati - Yan Nepomnyaşi
Dommaradju Qukeş - Fabiano Karuana
Alireza Firuzya – Nicat Abasov

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) - 6, 3. Rameşbabu Praqnanandja (Hindistan) – 5,5, 4. Hikaru Nakamura (ABŞ) – 5,5, 5. Fabiano Karuana (ABŞ) – 5,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzya (Fransa) – 3,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, XII turun oyunları aprelin 18-də keçiriləcək. Abasov ağ fiqurlarla Vidit Santoş Qujrati ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti