...

Azərbaycan çempionatında pley-offun vaxtı və yeri açıqlanıb

İdman Materials 27 May 2024 17:09 (UTC +04:00)

Bakı. Trend:

II Liqaya vəsiqə uğrunda pley-off görüşlərinin oyun cədvəli məlum olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

II Liqada 13-cü yeri tutan “Şəfa” ilə Region Liqasının finalçısı “Hypers” arasında matçların vaxtı və yeri dəqiqləşib. Oyunlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

II Liqaya vəsiqə uğrunda pley-off
İlk oyun
29 may (çərşənbə)
“Şəfa” – “Hypers”

“ASCO Arena”, 17:00

Cavab oyunu
5 iyun (çərşənbə)
“Hypers” – “Şəfa”

“ASCO Arena”, 17:00

Xəbər lenti

Xəbər lenti