...

“Kocaelispor” Ramil Şeydayevə 2 milyon transfer qiyməti qoyub

İdman Materials 28 May 2024 08:58 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanlı futbolçu Ramil Şeydayevin “Kocaelispor”da ümidləri doğrultmayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, millimizin üzvü yayda komandanı tərk edə bilər.

Klub Azərbaycan millisinin hücumçusuna 2 milyon avro transfer qiyməti qoyub. Qışda “Buriram”dan (Tailand) İzmit təmsilçisinə keçən Ramilin komandanın ən bahalı futbolçusu olduğu bildirilib. Ödənilən məbləğ qarşılığında arzulonan oyunu nümayiş etdirməyən Şeydayev də “Kocaelispor”u tərk etməyin əleyhinə deyil. Həmyerlimiz yerli mətbuatın və azarkeşlərin ciddi tənqidi ilə üzləşib.

Qeyd edək ki, Türkiyə 1-ci Liqasında çıxış edən “Kocaelispor” Superliqaya yüksəlmək vəzifənin öhdəsindən gələ bilməyib. Komanda pley-offda “Çorum”a uduzub.

Xəbər lenti

Xəbər lenti