...

Azərbaycan millisi çövkən üzrə dünya çempionu olub (FOTO)

İdman Materials 16 İyun 2024 17:17 (UTC +04:00)
Azərbaycan millisi çövkən üzrə dünya çempionu olub (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Çövkən üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Trend xəbər verir ki, yığmamız Binə Atçılıq mərkəzində keçirilən mundialın həlledici görüşündə Mərakeşlə qarşılaşıb.

Komandamız rəqibi 2:0 hesabı ilə məğlub edərək, dünya çempionu tituluna yiyələnib. Yarışın bürünc medalı Nigeriyaya qismət olub. Onlar Özbəkistana 3:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, iyunun 10-da start götürən çempionatda 10 ölkənin yığması mübarizə aparıb.

Xəbər lenti

Xəbər lenti