...

“İnter” Hakan Çalhanoğlu üçün 60 milyon avro qiymət qoyub

İdman Materials 23 İyun 2024 17:51 (UTC +04:00)

Bakı. Trend:

“Bavariya” Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlunu transfer etmək istəyir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu təklifi müsbət qarşılayıb.

Amma “İnter”in yüksək transfer məbləğ tələb etməsi suallar yaradıb. “Neradzurri” Hakanı 60 milyon avrodan aşağı qiymətə satmayacağını açıqlayıb. Münhen klubunun 30 yaşlı futbolçuya yüksək məbləğ ödəyəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, Çalhanoğlu A seriyasının son mövsümündə 32 oyunda 13 qol vurub, 3 ötürmə edib. O, İtaliya çempionu tituluna yiyələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti