...

Azərbaycanlı hakim Konfrans Liqasına təyinat alıb

İdman Materials 27 İyun 2024 21:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanlı hakimlər briqadası UEFA Konfrans Liqasına təyinat alıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, FIFA referisi Kamal Umudlu I təsnifat mərhələsində Albaniyanın "Vlajniya" və İslandiyanın "Valyur" klubları arasında keçiriləcək cavab oyununu idarə edəcək.

Qarşılaşmada ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, oyun iyulun 18-də Albaniyanın Şkoder şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti