...

“Beşiktaş” Türkiyə millisində oynayan futbolçu ilə maraqlanır

İdman Materials 28 İyun 2024 02:38 (UTC +04:00)

Bakı. Trend:

Yusuf Yazıcı karyerasını Türkiyədə davam etdirə bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Beşiktaş” 27 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

“Lill”ə müqaviləsi iyunun 30-da bitəcək Yusuf yerli klublarla yanaşı, əcnəbilərdən də təklif alıb. Türkiyə millisinin heyətində AVRO-2024-də çıxış edən təcrübəli futbolçu yekun qərarını turnir başa çatdıqdan sonra verəcək.

Qeyd edək ki, “Beşiktaş” artıq 2 futbolçu ilə güclənib. “Qara qartallar” braziliyalı Qabriel Paulista və portuqaliyalı Rafa Silva ilə müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti