...

Amerika Kuboku: Kanada yarımfinala vəsiqə qazanıb

İdman Materials 6 İyul 2024 08:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda növbəti yarımfinalçı məlum olub.

Trend-in məlumatına görə, 1/4 finalda Venesuela və Kanada yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası baş tutub.

Burada daha dəqiq olan Kanada seçməsi adını yarımfinala yazdırıb - 4:3.

Komanda bu raundda Argentina ilə qarşılaşacaq.

Qeyd edək ki, Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti