...

Amerika Kuboku: Braziliya yarımfinala vəsiqə qazana bilməyib

İdman Materials 7 İyul 2024 10:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliya yığması ABŞ-da keçirilən Amerika Kubokunun 1/4 finalında Uruqvaya məğlub olub.

Trend-in məlumatına görə, oyunun əsas vaxtında hesab açılmayıb, penaltilər seriyasında uruqvaylılar daha güclü olublar (4:2).

Yarımfinalda Uruqvay 1/4 finalda Panamaya 5:0 hesabı ilə qalib gələn Kolumbiya ilə qarşılaşacaq.

Digər yarımfinal cütünün Argentina və Kanada olduğu bildirilir.

Qeyd edək ki, Argentina Amerika Kubokunun hazırkı qalibidir və Uruqvayla birlikdə turnirin ən titullu iştirakçısıdır (onlar kuboku 15 dəfə qazanıblar).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti