Bakı. Trend:
“Qalatasaray” braziliyalı futbolçu Vendellə müqavilənin şərtlərini razılaşdırıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Zenit”də çıxış edən yarımmüdafiəçi ilə illik 4,5 milyon avro maaşa razılıq əldə olunub. Vendel 2027-ci ilin yayına kimi müqaviləsi olmasına baxmayaraq Sankt-Peterburq təmsilçisini tərk etmək istəyir. “Qalatasaray” onun klubu ilə danışıqlar aparıb transferi yekunlaşdırmağa çalışacaq.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mğvsümdə 35 oyunda 4 qol və 10 ötürmə ilə yadda qalıb.