Bakı. Trend:
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışı keçən “Neftçi”nin yoxlama oyununda son rəqibi məlum olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.
Roman Qriqorçukun komandası Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba”ya qarşılaşacaq. Oyun bu gün “Palandöken Yüksek İrtifa Camp Facilities”də saat 18:00-da start götürəcək.
"Neftçi" Türkiyədə son məşqini keçib. Komanda yoxlama oyunundan sonra Bakıya dönəcək.
Qeyd edək ki, “ağ-qaralar” hazırlıq çərçivəsində “Alanyaspor” (3:1), “Sivasspor”a (2:1) və “Erzurumspor” (0:0) klubları ilə qüvvəsini sınayıb.