...

"İnter" niderlandlı müdafiəçinin razılığını alıb

İdman Materials 28 İyul 2024 17:07 (UTC +04:00)

Bakı. Trend:

Niderlandlı futbolçu Denzel Dumfris "İnter"i tərk etməyəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, komanda ilə yeni müqavilənin detallarını razılaşdırıb.

Dumfris Milan klubu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalayacaq. O, yenə şərtlərə görə illik 4 milyon avro qazanacaq.

Qeyd edək ki, niderlandlı müdafiəçi "Mançester Yunayted"in maraq dairəsinə düşüb. Bu səbəbdən "İnter" Denzellə gələn il bitəcək müqaviləni yeniləmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti