Paris.Trend:
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo yarışlarına start verilib.
Trend xəbər verir ki, Azərbaycan millisinin yeganə təmsilçisi Qaşım Maqomedov da mübarizəyə qoşulub.
İdmançımız 58 kq çəkidə qüvvəsini sınayır. O, Olimpiadalarda debütünü gerçəkləşdirir.
Taekvondo
Kişilər
58 kq
Qaşım Maqomedov ilk döyüşünü 1/8 finalda keçirib. Cek Uolleylə
(İrlandiya) qarşılaşan taekvondoçumuz rəqibini 2:0 hesabı ilə
məğlub edib və mərhələ adlayıb. Maqomedov ikinci döyüşündə
ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib. Taekvondoçumuz yenə də
dayanqdan qalib ayrılıb. O, rəqibini 2:0 hesabı ilə məğlub edərək
yarımfinalda iştirak hüququ qazanıb. O, finala gedən yolda Vito
Dell Akvila (İtaliya) ilə gücünü yoxlayıb. Olimpiya çempionu ilə
qarşılaşma Qaşım üçün uğurlu olunub. Yığma üzvü bu görüşdə də
rəqibə gücünü göstərərək 2:0 hesabı ilə qalib gəlib və finala
vəsiqə qazanıb. O, çempionluq uğrunda cənubi koreyalı Park
Tae-Junla qarşılaşacaq.
Qeyd edək ki, Qaşım Avropa çempionatlarının qızıl və bürünc mükafatçısıdır.
xxx
18:00
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo yarışlarına start verilib.
Trend xəbər verir ki, Azərbaycan millisinin yeganə təmsilçisi Qaşım Maqomedov da mübarizəyə qoşulub.
İdmançımız 58 kq çəkidə qüvvəsini sınayır. O, Olimpiadalarda debütünü gerçəkləşdirir.
Taekvondo
Kişilər
58 kq
Qaşım Maqomedov ilk döyüşünü 1/8 finalda keçirib. Cek Uolleylə
(İrlandiya) qarşılaşan taekvondoçumuz rəqibini 2:0 hesabı ilə
məğlub edib və mərhələ adlayıb. Maqomedov ikinci döyüşündə
ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib. Taekvondoçumuz yenə də
dayanqdan qalib ayrılıb. O, rəqibinə 2:0 hesabı ilə məğlub
edib.
Qeyd edək ki, Qaşım Avropa çempionatlarının qızıl və bürünc mükafatçısıdır.
xxx
14:30
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Trend xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində irlandiyalı Cek Uolleylə qarşılaşıb.
Rəqibinə qalib gələn Qaşım Maqomedov 1/4 finala vəsiqə qazanıb. İdmançımız 1-ci hissədə 7:4, 2-ci hissədə 12:7 hesabı ilə qalib gəlib.