...

"Real"ın müdafiəçisi Militaoya 100 milyonluq təklif gəlib

İdman Materials 18 Avqust 2024 14:41 (UTC +04:00)

Bakı. Trend:

"Real"ın müdafiəçisi Eder Miliato Səudiyyə Ərəbistanından təklif alıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Madrid klubu bu keçiddən 100 milyon avro qazana bilər.

Adı açıqlanmayan klub braziliyalı müdafiəçiyə rekord məbləğdə təklif göndərib. Ötən mövsümün böyük hissəsini zədə üzündən oynamayan Militao "Real"ın əsas oyunçularından sayılır. Hələlik madridlilər təklifə rəsmi cavab verməyiblər.

Qeyd edək ki, Militao 2019-cu ildən Madrid klubunda çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti