...

"İnter"in futbolçusu Fransa klubunda

İdman Materials 24 Avqust 2024 07:30 (UTC +04:00)

Bakı. Trend:

“İnter”in futbolçusu Martin Satriano karyerasını Fransada davam etdirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, hücumçu “Lans”a icarəyə verilib.

O, mövsümün sonunadək bu klubun formasını geyinəcək. Onun icarəsi 1 milyon avroya başa gələcək.

Qeyd edək ki, Satrianonun “İnter”lə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti