Bakı. Trend:
Azərbaycan sumo millisi Polşanın Krotoşin şəhərində keçirilən dünya çempionatında üç medal qazanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışda Cavidan Natxov (80 kq), Abdulla Şərif (85 kq) və Çingiz Səmədov (100 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, millimizin daha bir heyəti Astanaya keçirilən V Dünya Köçəri Oyunlarına yollanıb.