Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasında I turuna yekun vurulub
Trend İdman.biz-ə istinadən xəbər verir ki, günün maraqla gözlənilən matçlarından biri Fransada oynanılıb.
Daxili çempionatda mövsümə əla start verən “Barselona” “Monako”nun qonağı olub. 10-cu dəqiqədə azlıqda qalan Kataloniya təmsilçisi 1:2 hesabı ilə uduzub.
Ötən mövsüm Avropa Liqasının qalibi “Atalanta” isə “Arsenal”ı sınağa çəkib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.
Almaniya çempionu "Bayer" səfərdə "Feyenord"un qapısından 4 cavabsız top keçirib.
Turun son gününün oyunlarının nəticələri isə belədir:
20:45. "Srvena Zvezda" - "Benfika" - 1:2
20:45. "Feyenoord" - "Bayer 04" - 0:4
23:00. "Atalanta" - "Arsenal" - 0:0
23:00. "Atletik" - "Leypsiq" - 2:1
23:00. "Monako" - "Barselona" - 2:1
23:00. "Brest" - "Şturm” - 2:1
Qeyd edək ki, UEFA Çempionlar Liqasında II turun oyunları oktyabrın
1-də başlayacaq.