Bakı. Trend:
Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Millinin futbolçusu Elvin Camalov klubu “Sabah”ın heyətində zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev yığmaya dəvət alıb.
Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.