Bakı. Trend:
Abu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 idmançı tatamiyə çıxıb.
60 kq
Balabəy Ağayev çıxışına ikinci dövrədən başlayıb. Dauren Sukenovla
(Qazaxıstan) güləşən cüdoçumuz məğlub olub.
Hüseyn Allahyarov da startda yarışla vidalaşıb. O, Nika Xuzairaşviliyə (Gürcüstan) uduzub.
66 kq
Ruslan Paşayev ilk görüşdə Teo Raula (Fransa) məğlub olub.
Rəşad Yelkiyev İsmayıl Nişonboyev (Özbəkistan) və Bentse Poqrantsa (Macarıstan) qalib gəlsə də, 1/4 finalda Erkembayar Battoqtoxa (Monqolustan) uduzub. Yelkiyev təsəlliverici qarşılaşmada isə Takeşi Takeoka (Yaponiya) səddini keçə bilməyib.
48 kq
Turnirə 1/4 finaldan başlayan Leyla Əliyeva Sara İştə (Almaniya)
uduzub. O, daha sonra təsəlliverici görüşdə Melane Leqoya (Fransa)
məğlub olub.
57 kq
Açelya Toprak Marina Azina (Kipr) qalib gəlsə də, ardını gətirə
bilməyib. 1/4 finalda braziliyalı Şirlen Nasimentu təmsilçimizdən
üstün olub. Təsəlliverici görüşdə Faiza Mokdar (Fransa) zədə
səbəbindən tatamiyə çıxmadığından Toprak bürünc medal uğrunda
yarışacaq. Onun rəqibi Flaka Loha (Kosovo) olub. Qələbə qazanan
cüdoçumuz burucə yiyələnib.