...

Azərbaycan gimnastları Serbiyada beynəlxalq turnirdə uğur qazanıb

İdman Materials 8 Dekabr 2024 00:43 (UTC +04:00)
Azərbaycan gimnastları Serbiyada beynəlxalq turnirdə uğur qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 5-də Serbiyanın Novi Sad şəhərində idman gimnastikası üzrə “Memorial Laza Krstic and Marica Dzelatovic” yarışı başlayıb.

Trend xəbər verir ki, Azərbaycan gimnastları bu nüfuzlu beynəlxalq turnirdə iki medal əldə ediblər.

Milli komandanın üzvlərindən Nazənin Teymurova çoxnövçülük üzrə fərdi proqramda qızıl, Albina Əliyeva isə gümüş medal qazanıb.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti