Bakı. Trend:
Gün ərzində beş qarşılaşma keçirilib.
Trend xəbər verir ki, günün ilk matçında "Fiorentina" və "Torino" qalibi müəyyənləşdirə bilməyiblər – 1:1. Qonaqlar, Ali Dembelenin ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəbindən 33-cü dəqiqədən on nəfərlə oynayıblar.
“Kalyari” öz meydanında “Leççe” ilə oyunda məğlub vəziyyətə düşsə də, əzmkarlıq göstərərək böyük hesablı qələbə qazanıb – 4:1. Qonaqlar 73-cü dəqiqədən bir nəfər azlıqda qalıblar.
“Latsio” isə səfərdə “Verona”nı 3:0 hesabı ilə məğlub edib.
“Empoli”ni qəbul edən “İnter” 3:1 hesabı ilə qalib gəlməklə lider “Napoli” ilə aralarındakı xal fərqini 3-ə endirib.
Bu nəticələrdən sonra “Napoli” turnir cədvəlində liderliyini qoruyub, “İnter” isə 2-ci sıraya yüksəlib.