Bakı. Trend:
Bu gün İtaliya A Seriyasında 22-ci turun üç maraqlı qarşılaşması keçirilib.
Trend xəbər verir ki, turun ən diqqətçəkən oyununda lider mövqedə olan "Napoli" doğma meydanda "Yuventus"u qəbul edib. Görüşdə neapollular dramatik geri dönüş edərək rəqibinə mövsümdə ilk məğlubiyyəti yaşadıblar. İlk hissəni məğlub tamamlayan "Napoli" ikinci hissədə möhtəşəm oyun nümayiş etdirərək 2:1 hesabı ilə qalib gəlib.
Digər oyunlarda "Atalanta" səfərdə "Komo" komandasını 2:1 hesabı ilə məğlub edib, "Empoli" ilə "Bolonya" arasında keçirilən qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.
Günün nəticələri:
18:00. "Komo" – "Atalanta" - 1:2
21:00. "Napoli" – "Yuventus" - 2:1
23:45. "Empoli" – "Bolonya" - 1:1