Belçika millisinin sabiq futbolçusu Raca Naynqolan həbs olunub

İdman Materials 28 Yanvar 2025 08:24 (UTC +04:00)
Belçika millisinin sabiq futbolçusu Raca Naynqolan həbs olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçika millisinin keçmiş futbolçusu Raca Naynqolan narkotik maddələrin kontrabandasında şübhəli bilinərək həbs edilib.

Trend xəbər verir ki, 36 yaşlı futbolçu Cənubi Amerikadan Avropaya gətirilən kokainin Antverpen limanına çatdırılmasında iştirak etməkdə ittiham olunur.

Peşəkar karyerası ərzində "Roma", "Kalyari", "Spal" və "İnter" kimi klublarda çıxış edən və İtaliya çempionu olan Naynqolan 2024-cü ilin sonlarında Azərbaycanın I Liqasında mübarizə aparan "Karvan"la adı hallansa da, vətənində "Lokeren Temse" klubuna keçmişdi.

Xəbər lenti

Xəbər lenti